AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub
Sosial
14-10-2025, 18:41

Qəzzaya ilk dəfə yüksək miqdarda humanitar yardımın daxil olub.
Bunu hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib.
“İndiyədək Qəzzaya daxil olan humanitar yardımların ən yüksək miqdarı son iki gündə qeydə alınıb. Bundan böyük məmnuniyyət duyuruq. Prosesin provakasiyalara məruz qalmaması üçün əzmlə çalışırıq”, - o qeyd edib.