Durov fransızlara məxfilik hüquqlarını itirmə təhlükəsi barədə xəbərdarlıq edib
Dünya
Dünən, 09:30

"Telegram"ın həmtəsisçisi Pavel Durov Avropa İttifaqının (Aİ) sözügedən mesencerdəki yazışmaların izlənməsi təşəbbüsünü tənqid edib və bunun fransız istifadəçilərinin məxfiliyinə təhlükə yaratdığını bildirib.
Pavel Durov bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
"Bu gün Avropa İttifaqı az qala sizin məxfilik hüququnuzu əlinizdən alırdı. O bütün şəxsi mesajları skan etməyi tələb edəcək və bütün istifadəçilərin telefonlarını casusluq alətinə çevirəcək qanun üzrə səsvermə hazırlayırdı", - deyə o yazıb.