Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib – YENİLƏNİB

Gündəm / Sosial
15-10-2025, 16:22
Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib – YENİLƏNİB

MSK-da Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

İclasda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçilməsi ilə əlaqədar R.Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsinə baxılacaq.

Sözügedən məsələ MSK-nın bugünkü iclasının gündəliyinə daxil edilib.

Xatırladaq ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.

O, oktyabrın 15-dən etibarən, vəzifəsinin icrasına başlayıb.