Pakistan və "Taliban" 48 saatlıq atəşkəs barədə razılaşıblar - YENİLƏNİB
Gündəm / Sosial
Dünən, 17:32

Pakistan Əfqanıstanın xahişinə əsasən "Taliban" rejimi ilə 48 saatlıq atəşkəsə razılıq verib.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
***
Pakistan Silahlı Qüvvələri "Taliban"ın son hücumlarına cavab olaraq Əfqanıstanın Qəndəhar vilayətindəki hədəflərə dəqiq zərbələr endirib.
Bu barədə "Report" Pakistan KİV-inə istinadən xəbər verir.
Məlumata görə, əməliyyat "Taliban" tərəfindən son vaxtlar həyata keçirilən hücumlara cavab olub.
Eyni zamanda qeyd edilir ki, Pakistanın zərbələri nəticəsində Əfqanıstan ərazisindəki döyüşçülərin əsas sığınacaqları məhv edilib və sərhəd bölgələrində fəaliyyət göstərən silahlı qruplaşmalara əhəmiyyətli zərər vurulub.
Bildirilib ki, Pakistan hərbçilərinin apardığı əməliyyat nəticəsində onlarla döyüşçü öldürülüb.
Bundan əlavə sosial şəbəkələrdə Pakistan hərbçilərinin Əfqanıstanın paytaxtı Kabilə zərbələr endirdiyi qeyd olunur.