Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Sosial
1-10-2025, 10:42
Noyabrda ardıcıl 4 gün iş olmayacaq



Gələn ay ardıcıl 4 gün iş olmayacaq.


 8 noyabr Zəfər Günü, 9 noyabr isə Dövlət Bayrağı Günüdür.


Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.


Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq.


Qeyd edək ki, Konstitusiya Günü (12 noyabr) və Milli Dirçəliş Günü (17 noyabr) isə iş günü olan bayram günləridir.