AMB: Neft qiymətləri maliyyə sektoruna birbaşa təsir etmir
İqtisadiyyat
15-04-2025, 12:57

Dünya bazarındakı neft qiymətlərinin maliyyə sektoruna birbaşa təsir etdiyini demək olmaz.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib.
"Ümumilikdə maliyyə sektorunda xarici risklərə gəldikdə bizdə dollarlaşma 16 % səviyyəsindədir. Bunun da böyük hissəsini dollarla gəliri olanların və yaxud xarici valyutada kifayət qədər ehtiyatı olan şirkətlərin payına düşür", - deyə o qeyd edib.