Azərbaycan əhalisinin sayı açıqlanıb
Gündəm / Sosial
14-10-2025, 15:53

Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 24 min 611 nəfər və ya 0,24 faiz artıb.
Bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Belə ki, əhalinin sayı cari ilin sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 249 min 500 nəfərə çatıb.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.