Hacıqabul rayonu Navahi kəndi Bələdiyyəsinin Sədri Əsgərova Səidə Tapdıq qızı niyə torpaq sahələrini zəbt edir!!!
Gündəm / Sosial / Video
5-04-2025, 15:03

Dövlət mülkiyyətində olan torpaq sahəsi Səlimov Kamil Məcnun oğlu tərəfindən qanunsuz və özbaşına zəbt edilib!!!
Yaşayış üçün nəzərdə tutulmuş hektarla torpaq sahəsinin qanunsuz zəbt olunmasından Hacıqabul rayon Navahı kənd Bələdiyyəsinin sədri Əsgərova Səidə Tapdıq qızının da məlumatı və xəbəri vardır..
Belə ki, jurnalist həmkarımız Cəfərov Akif Azadxan oğlunun redaksiyamıza müraciəti zamanı məlum olmuşdur ki, vətən müharibəsi veteranı Cəfərov Ömər Akif oğluna torpaq sahəsinin ayrılması istiqamətində Bələdiyyə sədri Səidə Əsgərovaya müraciət etmişdir.
Bələdiyyə sədri Akif Cəfərova torpaq sahəsinin ayrılması ilə bağlı bildirmişdir ki, sözü gedən ərazidə torpaq sahəsinin ayrılması üçün Kamil Səlimovdan razılıq alınsın.
Kamil Səlimova aid olmayan torpaq sahəsi üçün nəyə görə və hansı səbəbdən razılığın alınması,çox böyük sual altında qalır...Çünki həmin müraciət olunan torpaq sahəsi dövlət mülkiyyətindədir...
Həmkarımız Cəfərov Akif oğlu bildirir ki, - " Mən Navahı kənd Bələdiyyəsinin sədri Səidə Əsgərovadan, Ölkə rəhbəri Cənab İlham Əliyev tərəfindən 5 medalla təltif olunmuş oğlum Cəfərov Ömər Akif oğlu üçün yaşayış üçün nəzərdə tutulan torpaq sahəsi ala bilmirəm....Bələdiyyə sədri hansısa maraqlara xatir əsassız və bəhanələr gətirərək oğluma torpaq sahəsinin ayrılmasında problem yaradır..."
Bu barədə həmkarımız Akif Cəfərov
Prezident Cənab İlham Əliyevə, Ədliyyə Nazirliyinə,
İqtisadiyyat nazirliyi yanında Əmlak məsələləri dövlət komitəsinə,
Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə rəsmi müraciət edərək, Bələdiyyə sədri və Kamil Səlimov barəsində qanunun tələbinə uyğun şəkildə tədbir görülməsini xahiş etmişdir...
XeberEkspress.az olaraq bizi izləməyi unutmayın...! Verilən məlumatın nəticəsi haqqında sizi xəbərdar edəcəyik!!!