Azərbaycan nefti ucuzlaşdı

Gündəm / İqtisadiyyat
26-03-2025, 12:18
Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelinin qiyməti 74,04 ABŞ dollar təşkil edir. Bu 1.19 ABŞ dolları və ya 1.58 % azalma deməkdir. 

Azərbaycan neftinin əvvəlki qiyməti isə 75,23 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.