Komitə sədri Hicran Hüseynova təyyarə qəzası ilə bağlı başsağlığı verdi

Sosial
27-12-2024, 17:49
 

Komitə sədri Hicran Hüseynova təyyarə qəzası ilə bağlı başsağlığı verdi

 

Milli məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova "Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib:

"Baş verən faciə hər birimizi kədərləndirir. Bir daha  həlak olanların  ailələrinə, yaxınlarına baş sağlığı verir, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram. İlk növbədə qeyd etmək lazımdır ki, hər zaman olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin bu hadisəyə nə dərəcədə həssas yanaşdığı göz önündədir.  Bütün lazımı işlər görülür. Dövlət həmişə öz vətəndaşının yanındadır. Xalq öz dövlətinə inanır, güvənir. 
Hadisə zamanı daha çox insan həlak ola bilərdi. Ancaq  təyyarənin pilotları və bələdçi öz həyatlarını itirəcəklərini bilə-bilə mümkün qədər çox adam xilas etməyə nail olublar.  Bu ağır  qəzadan  sərnişinləri xilas etmək üçün əlindən gələni edən pilotların və bələdçilərinin rolu danılmazdır. 
Onların qəhrəmanlığı nəticəsində 29  insan  sağ qaldı. Keçən hər gün bizim  dövlətimizə, vətəndaşımıza inamımız daha da artır. Və Bələdçi Hökümə Əliyevanın dediyi kimi: "Hər şey yaxşı olacaq"!  Bəli, çünki,  bizim xalqımız da, onun  övladları da qəhrəmandır!".

XeberEkspress.az