45 NÖMRƏLİ MƏKTƏBDƏ "SON ZƏNG" SEVİNCİ YAŞANDI
Gündəm / Sosial
Bu gün, 11:30

Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə məzunlar üçün unudulmaz "Son zəng" tədbiri keçirilib. Bayram ab-havasında baş tutan tədbirdə məktəbin müəllim kollektivi, valideynlər və şagirdlər bir araya gələrək 11-ci sinif məzunlarını yeni həyat mərhələsinə yola salıblar.
Tədbirdə iştirak edən XeberEkspress.az-ın rəhbəri Ruhiyyə Eldar qızının qız övladı da bu il 11-ci sinfi uğurla başa vuraraq məzun adını qazanıb. Bu əlamətdar gün ailə üçün xüsusi sevinc və qürur hissi ilə yadda qalıb.
Məktəbin direktoru Pərvanə Talıbova uzun illərdir təhsil sahəsində göstərdiyi fədakar fəaliyyəti, şagirdlərə və müəllimlərə qayğıkeş münasibəti ilə seçilir. Onun rəhbərliyi dövründə məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin hərtərəfli inkişafı və sağlam məktəb mühitinin formalaşdırılması istiqamətində mühüm işlər görülüb.
"Son zəng" tədbirinin yüksək səviyyədə təşkil olunması da direktor Pərvanə Talıbovanın peşəkarlığının və təşkilatçılıq bacarığının daha bir nümunəsi oldu. Səmimi və yaddaqalan anlarla müşayiət olunan mərasim məzunların yaddaşında xoş xatirə kimi qalacaq.
XeberEkspress.az kollektivi adından bütün məzunları təbrik edir, onlara gələcək həyatlarında uğurlar, yeni zirvələr və parlaq gələcək arzulayırıq. Xüsusilə Ruhiyyə Eldar qızının qız övladına tələbəlik yolunda bol nailiyyətlər və xoşbəxt gələcək diləyirik.
XeberEkspress.com
Rəhbər: Ruhiyyə Eldar qızı