Milli Məclisin Ərdoğanın səfəri münasibətilə xüsusi iclasa toplanması gözlənilir
Siyasət
14-06-2021, 10:04
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri münasibətilə Milli Məclisin xüsusi iclasının keçirilməsi planlaşdırılır.
Bu barədə Milli Məclisdəki mənbə məlumat verib.
Qeyd olunur ki, növbədənkənar sessiyasının xüsusi iclası iyunun 16-na nəzərdə tutulur.
O da bildirilib ki, R.T.Ərdoğanın parlamentə gəlməsi və çıxış etməsi gözlənilir.
