Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb

Gündəm / Siyasət
26-01-2026, 17:45
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb

Prezident İlham Əliyev 20 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.

Bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.

Xatırladaq ki, hazırda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri – İlhamə Qədirova, Elçin Zeynalov və Sarvan Cəfərovdur.