Xatirə Məmmədova “Uğurlarımızla 2026-ya” Milli Mükafatı ilə təltif olunub-VİDEO
Gündəm / Video
15-01-2026, 07:30

Yanvarın 12-də Beynəlxalq Qalereya və “Abşeron Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin birgə təşkilatçılığı, YAP Yasamal rayon təşkilatının dəstəyi ilə baş tutan mərasimdə kameraman, “XeberEkspress.az” saytının əməkdaşı Xatirə Məmmədova “Uğurlarımızla 2026-ya” Milli Mükafatı ilə təltif olunub. Mərasimdə 2025-ci il ərzində yüksək yaradıcılıq nailiyyətləri ilə seçilən istedadlı rəssamlar, mədəniyyət sahəsində fərqlənən şəxslər və mədəni irsin təbliğində fəal iştirak edən media nümayəndələri təltif olunub. Tədbir, həmçinin gənc istedadların tanıdılması və onların gələcək fəaliyyətlərinə stimul verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, Xatirə Məmmədova “XeberEkspress.az” saytının operatorudur, 15 ildir operator kimi fəaliyyət göstərir, zərif çiyinlərində kamera iə tədbirləri lentə alaraq arxivləşdirir
Bizdə “XeberTıme.az” İnformasiya Portalı olaraq əzizimiz Xatirə Məmmədovanı səmimi qəlbdən təbrik edirik ona can sağlığı, işlərində bol-bol uğurlar arzulayırıq.