Dəyərli SCORP və SCOPH həvəskarları!

Gündəm / Sosial
24-01-2026, 13:11

Sizə böyük məmnuniyyətlə “Tibb və hüquq prizmasından orqan transplantologiyası”mövzusunda Tibb Tələbələrinin I Forumunu təqdim edirik

Bu forumda orqan donorluğu və transplantasiyasına tibbi, hüquqi və sosial aspektlərdən yanaşılacaq. Proqram çərçivəsində beyin ölümünün təyini kriteriyaları, transplantasiyanın müasir elmi nailiyyətləri, gələcək perspektivləri, eləcə də donorluğun hüquqi çərçivəsi və cəmiyyətə təsiri müzakirə olunacaq. Forumun sonunda isə panel müzakirəsi ilə iştirakçıların sualları cavablandırılacaq.
 
Formun proqramı

1.Meyitdən orqan transplantasiyası: beyin ölümünün təyini kriteriyaları
Spiker: Yeganə Abbasova
Haqqında: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri

2.Transplantasiya və insan həyatı:elmi nailiyyətlər, bu günün reallıqları və gələcəyin perspektivləri
Spiker: Mircəlal Kazimi
Haqqında: Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsinin həkim-transplantoloqu, t.ü.f.d.

3.Həyatı hədiyyə verməyin gücü: mən niyə donor olmalıyam?
Spiker: Mehriban Əliyeva
Haqqında: Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru

4.Donorluq və transplantasiya: hüquqi çərçivə və sosial təsirlər
Spiker: Səyyarə Haqverdiyeva
Haqqında: Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin hüquqşünası

Tarix: 24 yanvar 2026 , saat 09:00-12:00
Məkan: Mərkəzi Gömrük Hospitalı
⏰❗️Qeydiyyat saat 09:00-dan 09:30-a qədər davam edəcək.

Forumda sona qədər iştirak edən hər kəsə sertifikat veriləcək

Bir orqan köçürülür, bir həyat yenidən yol tapır✨

Transplantologiyanın elmi müzakirəsində görüşək.