Ukrayna müharibəsində daha 2 soydaşımız həlak olub - ADLAR

Gündəm / Sosial
24-01-2026, 12:05
Ukrayna müharibəsində daha 2 soydaşımız həlak olub - ADLAR


Rusiya-Ukrayna müharibəsində daha 2 azərbaycanlı həlak olub.

Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edən 1993-cü il təvəllüdlü Cavidan Maqsud oğlu Əbdülrzayev və 2005-ci il təvəllüdlü Cəlal Zeynal oğlu Zeynalov həlak olublar.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsində bu günə qədər hər iki tərəfdən yüzlərlə azərbaycanlı həlak olub və yaralanıb.(Modern)