Kəlbəcərdəki yanğın Laçın rayonu ərazisinə keçdi
Gündəm / Bölgə
30-11-2025, 16:00

Kəlbəcərdə açıq ərazidə başlayan yanğın hadisəsi genişlənərək Laçın rayon ərazisinə keçib.
Hazırda yanğın hadisəsi Laçın rayonunun adsız yüksəkliklərində quru ot massivində davam edir.
Əraziyə FHN-nin Laçın, Kəlbəcər, Gəncə və Tərtər rayonlarından yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirir.