Ermənistan polisi Xeyrımlı yaxınlığında müxalifət fəallarını saxlamağa başlayıb

Gündəm / Dünya
20-05-2024, 18:54
Ermənistan polisi Xeyrımlı yaxınlığında müxalifət fəallarını saxlamağa başlayıb
Ermənistanın xüsusi təyinatlı polis qüvvələri delimitasiya işlərinin aparıldığı Tavuş vilayətinin Kirants (Xeyrımlı) kəndi yaxınlığında müxalifət fəallarını saxlayıb.

Etiraz aksiyası yerli portallar tərəfindən yayımlanır.

"Vətən naminə Tavuş” müxalifət hərəkatının tərəfdarları polisdən jurnalistlərin kəndə buraxılmasını tələb ediblər. Polis əvvəlcə bundan imtina edib, sonra müxalifətçilərə qarşı güc tətbiq edib.