“Bu halda “Xarici təsirin şəffaflığı haqqında” qanuna yenidən baxılacaq”

Gündəm / Dünya
20-04-2024, 15:19
“Bu halda “Xarici təsirin şəffaflığı haqqında” qanuna yenidən baxılacaq”
Hakim partiyanın rəhbəri İrakli Qaribaşvili bildirib ki, Aİ ölkəni öz sıralarına qəbul etmək qərarına gələrsə, Gürcüstan hakimiyyəti "Xarici təsirin şəffaflığı haqqında” qanuna yenidən baxmağa hazırdır.

Bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili isə ölkədə etirazlara səbəb olan bu qanuna veto qoyacağını açıqlayıb.