Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Gündəm / Video
22-04-2024, 10:37
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Cari ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, praktiki atışlardan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, təlimin məqsədi və atışın şərtləri izah olunub.

"Təlimdə heyətlər tərəfindən "İqla-S" daşına bilən zenit-raket qurğusunun döyüşə hazır vəziyyətə gətirilməsi, aşkar olunan şərti düşmənin hava hədəflərinin zərərsizləşdirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlər davam edir", - məlumatda qeyd olunub.