Andrey Lunyov çempionun adını açıqladı

Gündəm / İdman
22-03-2024, 13:45
Andrey Lunyov çempionun adını açıqladı
Hələlik hazırkı mərhələyə fokuslanmışam. Yəni indi yığmadayam, sonra kluba qayıdacam.

Bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib.

Hazırda Rusiya millisinin düşərgəsində olan 32 yaşlı qolkiper öz ölkəsinin klublarından birinə keçməklə bağlı sualı cavablandırıb: "Klubuma qayıtdıqdan sonra orada qarşımıza qoyulan vəzifələri həll etməliyik. Sonra necə olacağına baxarıq".

Lunyov Rusiya Premyer Liqasını izləmədiyini bildirib: "Rusiya futboluna xüsusi olaraq izləmirəm. Konkret nə isə deyə bilmərəm. Amma "Zenit" çempiondur. Bu, dəqiqdir".

Qeyd edək ki, Lunyov 2023-cü ilin yayında "Qarabağ"a keçib.