Şəhid Elşən Musayevin oğlu Hüseyinin kiçik toy məclisi keçirilib Video

Gündəm / Sosial / Video
18-12-2023, 14:24
 

Dekabırın 16-da 44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan, Ağsu rayonunda doğulub boya-başa çatmış "Vətən uğrunda" medallı, "Vətən müharibəsi iştirakçısı" medallı, "Füzulinin azad olunmasına görə" medallı, şəhid Musayev Elşən Hüseyn oğlunun övladına kiçik toy mərasimi keçirilib. Kiçik toy mərasimində Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəxtiyar Məmmədov, Milli məclisin deputatı Aydın Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İş xanımı Aytəkin Məmmədova, Bloqqer Elçin Lənbəranski, Vətən Müharibəsi qaziləri, veteranları, şəhidin silahdaşları və sakinlər iştirak ediblər. Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəxtiyar Məmmədov çıxış edərək şəhid övladına xeyir-dua verib, bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq. İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük. Bu bizim mənəvi borcumuzdur. Sonra rayon icra nümayəndəsi tərəfindən şəhidin övladına hədiyyə təqdim olunub.