Sumqayıt teatrının "Missiya"sı

Gündəm / Sosial
21-01-2023, 12:09
 
 

Sumqayıt teatrının "Missiya"sı

 

Sumqayıt Dövlət Dram Teatrında milli mücadilə tariximizin önəmli səhifəsi olan 20 Yanvar hadisəsi ilə bağlı "Missiya" tamaşası göstərilib.

Xeberekspress.az xəbər verir ki, tamaşadan öncə Azərbaycana qarşı yürüdülən məkrli siyasətlərlə mübarizədə canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən natiqlər 20 Yanvar hadisəsinin istiqlal yolunun başlanğıcı, milli məfkurə, oyanış, qəhrəmanlıq dastanının yazıldığı bir təqvim olduğunu vurğulayıblar.
Qeyd edək ki, Hafiz Ataxanlının qələmə aldığı qəhrəmanlıq dramına teatrın baş rejissoru, respublikanın Xalq artisti Firudin Məhərrəmov quruluş verib. Əsərdə Azərbaycanın Milli Qəhrəmanı, birinci  Qarabağ savaşında şəhid olmuş leytenant Qorxmaz Eyvazovun obrazı canlandırılıb. Təqdim olunan tamaşa 44 günlük Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlı Dəstənin mayoru Mübariz Eyvazovun Şuşa uğrunda döyüşlərdə ağır yaralanaraq komaya düşməsi, ruhlar aləmində atası-1992-ci ildə Şuşada Şəhid olmuş leytenant Qorxmaz Eyvazovla görüşü, ata ilə oğlun söhbətlərindən bəhs edir. 
Tamaşa alqışlarla qarşılanıb.
Sonda yaradıcı heyət Fəxri Fərman və Diplomla mükafatlandırılıb.