Kazinoların fəaliyyətinə icazə verilməsinə ehtiyac yoxdur

Gündəm / Sosial
22-12-2021, 17:05
Kazinoların fəaliyyətinə icazə verilməsinə ehtiyac yoxdur
"Azərbaycanda kazinoların fəaliyyəti qadağandır. Düşünürəm ki, kazinoların fəaliyyətinə icazə verilməsinə ehtiyac yoxdur".

Bunu "Unikal"a açıqlamasında deputat Fəzail Ağamalı həmkarı Qüdrət Həsənquliyevin Qarabağda, Zəngəzurda kazinoların açılması təklifinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, bu məsələnin reallaşmasına nikbin yanaşmır: "Əgər kazino açılırsa, tək işğaldan azad olunmuş ərazilərimizdə deyil, bütün Azərbaycan ərazisində buna icazə verilməlidir. İcazənin verilməsi üçün isə müvafiq qərarlar ləğv olunmalıdır. Bunu real hesab etmirəm".