Türkiyədə benzinin qiyməti QALXDI

Gündəm / Dünya
26-10-2021, 11:33

Türkiyədə benzinin qiyməti QALXDI

 


Türkiyədə benzinin qiymətində artım olub. 

Bu gecə yarısından etibarən Türkiyədə benzinin 1 litr satış qiymətinin 28 qəpik (kuruş) artacaq. 

Enerji Neft Qaz Təchizatı Stansiyaları İşəgötürənlər Həmkarlar İttifaqının (EPGİS) verdiyi açıqlamaya görə, hələ dizel və digər yanacaqlar üçün yeni qiymət artımı qərarı yoxdur.