22 Noyabr 2020, Bazar
7 apr 2021, 22:44 | Gündəm / Sosial
Uşaqpulu veriləməsi ilə bağlı VACİB XƏBƏR – “İlk iki uşağa 2000 manat...”

Uşaqpulu veriləməsi ilə bağlı VACİB XƏBƏR – “İlk iki uşağa 2000 manat...”

 



Son günlər ölkə gündəmində daha çox müzakirə olunan məsələlərdən biri də uşaqpulunun verilməsidir. Mətbuatda uşaqların sosial müdafiəsinin təminatına yönəlik addımın reallaşması ilə bağlı təzadlı fikirlər də  yer alıb.

Deputatların bir qismi uşaqpulunun verilməsinin tərəfdarı olsalar da, əks qütblü çıxışların sayı az deyil. 

Uşaqpulu verilməlidirmi? Dövlətin buna maddi imkanı varmı? 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev hesab edir ki, uşaqpulu mütləq verilməlidir: 

"Büdcənin kifayət qədər imkanları var ki, uşaqpulunu verə bilək. Heç kim demir ki, birdən-birə 18 yaşa qədər olanlara uşaqpulu verilsin. Bunu mərhələ şəklində və bir neçə il ərzində etmək olar.

Məsələn, ilk mərhələdə 6 yaşa qədər, sonrakı mərhələlərdə isə  6-8, 8-12 və daha sonra 18 yaşa qədər uşaqpulunun tətbiqini reallaşdırmaq mümkündür. İkincisi, hər bir uşaq bütün dünyada olduğu kimi 3 yaşa qədər pulsuz yeməklə təmin olunmalıdır. Bundan əlavə ilk doğulan iki uşağa 1000-2000 min manat müavinət verilməlidir.


Bəziləri deyir ki, bu müavinət verilsə, o zaman valideynlər 10-15 uşaq dünyaya gətirəcəklər. Bu, heç də belə deyil. İlk 2 uşağa yardım verilsin, kim üçüncü və dördüncü övlad istəyirsə, öz hesabına saxlaya bilər. Bütün bunlar qanunla tənzimlənməlidir. Uşaqpuluna qarşı çıxanlar Azərbaycan xalqının dostu deyil”. 

Deputatın sözlərinə görə 5 ildir ki, uşaqpulu ilə bağlı çıxışlar edir və təkliflər verir: 

"Yeni təklif verməyə heç bir ehtiyac yoxdur. Uşaqpulunun verilməsi çox sadə bir prosedurdur. Bütün dünyada bunun nümunələri var. Ən yaxşı nümunələr Avropa ölkələrindədir. Qonşu öılkələrin də nümunələrini məqbul saymaq olar. Sadəcə olaraq bu məsələ ilə bağlı müəyyən ictimai dinləmələr keçirilməlidir.

Hətta parlamentin özündə belə, cəmiyyətin spektrlərini cəlb etməklə dinləmələr təşkil etmək olar. Hökumətin özü bu sahədə təklif verən, fikirləri olan, mexanizmlər üzərində işləyən insanları onlayn platforma ilə dəvət edib, dinləyə bilər”. 

Deputat qeyd edib ki, uşaqpulunun verilməsi ilə bağlı parlamentin tribunasından iki dəfə çıxışı olub: 

"Uşaqpulu mütləq şəkildə verilməlidir. Qarabağı kim aldı? Həmin uşaqlar...Sabah Azərbaycanı kim qoruyacaq? Uşaqlarımız böyüyəcək və Azərbaycanın sərhədlərinin keşiyində dayanacaqlar.

"Büdcədə pul yoxdur, büdcəmiz imkan vermir” deməklə məsələ həll olunmur. Uşaqpulunun verilməsi bu gün sosial sifariş əsasında yaranıb. Valideynlərin buna ehtiyacı var və övladlarını dolandıra bilmirlər.

Əgər hər bir ailəyə onların arzuladıqları şəkildə yüksək əməkhaqqı ilə iş təklif olunarsa, evlərinə yüksək məbləğ daxil olarsa, heç uşaqpulu istəməzlər. O qədər tənha analar və çarəsiz atalar var ki... Amma sabah lazım olanda övladı vətəni qoruyur və düşmənin sinəsinə xəncər taxır”. 

Millət vəkili uşaqpuluna qarşı çıxanları da sərt tənqid edib: 

"Bu gün bir partiya sədri uşaqpulu təklifini verənləri "yaramaz” adlandırırsa, onların cəmiyyətdə nəinki yüksək posta iddia etmək hüququ yoxdur, vətəndaş adından belə danışmaq hüququnu itirmiş olur. Kimlərsə büdcənin qeydinə qalmaq istəyir, kimlərsə isə hökumətə hansısa yollarla yaranmaq və yaltaqlanmaq istəyir. Vətəndaşları ayaqlarının altına alıb əzmək istəyirlər.

Vətəndaş ölsə də olar... Amma o ölən, əzilən vətəndaşın övladı Qarabağı azad etdi. Uşaqpuluna qarşı çıxanlar isə həmin vaxt qarşılarında köfeni içib kef edirdilər”. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin sosial müavinətlərlə bağlı hesabatından aydın olur ki, müavinət alan uşaqlar arasında say baxımından ən böyük kateqoriya "sağlamlıq imkanları məhdud 18 yaşadək" olanlardır.

Bu kateqoriyaya daxil 63 min uşağa aylıq ortalama 150 manat məbləğində müavinət ödənilir. Sosial müavinət ödənən ikinci ən böyük kateqoriya "ailə başçısını itirməyə görə" müavinət alanlardır.


Bu müavinət vəfat etmiş şəxsin uşaqlarına 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, ancaq 23 yaşı aşmamaqla) verilir. Ötən ilin nəticələrinə görə, bu kateqoriyaya daxil olan 47 min uşağa aylıq ortalama 80 manat həcmində müavinət ödənilib. 

Tel-Əviv raket atəşinə tutulub - VİDEO 11 may 2021, 23:09 Kazanda məktəbə hücum zamanı sinif otağından çəkilən görüntülər yayılıb – VİDEO 11 may 2021, 22:51 Prezident İlham Əliyev və Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı veriblər 11 may 2021, 19:18 İlham Əliyev Vladimir Putinə başsağlığı verib 11 may 2021, 19:08 AŞPA vitse-prezidenti: “Azərbaycan torpaqlarını geri qaytarmaqla beynəlxalq hüququn tələblərini reallaşdırıb” 11 may 2021, 18:49 Dayısı Fatmanı yastıqla boğub öldürübmüş… 11 may 2021, 18:37 Lavrov Bakıdakı Müqəddəs Məryəm kilsəsində – Foto 11 may 2021, 18:24 Azərbaycanlı rəssam Türkiyədə vəfat etdi 11 may 2021, 17:44 “2-3 günə Şuşada Türkiyə Konsulluğunun və məktəbin bünövrəsi qoyulacaq” 11 may 2021, 17:27 Yoluxanlarla bağlı bu günə olan statistika 11 may 2021, 16:49 Müdafiə naziri hərbi hissədə olub - Foto 11 may 2021, 16:27 Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar 11 may 2021, 16:09 Zakir Həsənov Azərbaycan ordusunu təbrik etdi 11 may 2021, 15:23 Yeni şura yaradıldı: Şeyx sədr seçildi 11 may 2021, 15:03 Bayden-Putin görüşü keçiriləcək? - Lavrovdan AÇIQLAMA 11 may 2021, 14:59 Lavrov Qarabağdakı sülhməramlıların fəaliyyətindən DANIŞDI 11 may 2021, 14:00 Rusiya ilə Azərbaycan arasında daha bir sənəd imzalandı 11 may 2021, 13:45 Rusiyada məktəbə hücum edənlərdən biri öldürülüb - FOTO 11 may 2021, 13:29 Ramazan bayramında nə qədər fitrə zəkatı vermək tövsiyə olunur? 11 may 2021, 13:07 Rüstəm Muradov Moskvaya geri çağırıla bilər - VİDEO 11 may 2021, 12:50 İlham Əliyev Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi 11 may 2021, 12:30 Lavrov Bakıda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO 11 may 2021, 12:19 Sabahın hava proqnozu AÇIQLANDI 11 may 2021, 11:51 İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar - TƏHLİL 11 may 2021, 11:34 Bayramovla Lavrov arasında görüş başladı 11 may 2021, 11:15