Suraxanıda Şuşa qəsəbəsinın sakinləri etiraz edilər
Gündəm / Sosial / Video
20-09-2020, 08:30
Suraxanı rayonu Şuşa qəsəbəsinə gedən yolun üzərində (Akasya restoranının qarşısı) yerləşən ərazidə sakinlər yaşayış küçələrinin bəzilərnə kanalizasiya xətlərinin çəkildiyi halda digərlərinə çəkilməməsinə etiraz məqsədi ilə toplaşmışdılar.
Əvvəlcə toplaşan sakinlərin qarşısına rəsmi nümayəndə qismində bələdiyyə nümayəndəsi Fikrət Quliyev çıxaraq onlara "AzərSu"dan nümayəndə dəvət etdiklərini və bütün sualların cavablandırılacağını bildirib.
Xeberekspress.az-ın çəkiliş komandası sakinlərin toplaşdığı yerə yaxınlaşdıqdan bir neçə saat sonra "AzərSu"nun səlahiyyətli nümayəndəsi izdihamın yaşandığı əraziyə yaxınlaşaraq sakinlərlə görüşüb. O, görüş zamanı sakinlərin şikayətlərini dinləyib və bütün problemlərin növbə ilə həll olunacağı vədini verib.
Əlavə olaraq qeyd edək ki, qeyd etdiyimiz əraziyə İcra Hakimiyyətindən nümayəndə yaxınlaşaraq sakinlərin qarşısına çıxmayıb.