Tanınmış müğənnilər barışdılar: Yeni duet
Gündəm / Video
8-09-2020, 23:55
Tanınmış müğənnilər Vüsal Həbibli və Birgül Ağdamlı bir il yarımlıq küsülülükdən sonra barışaraq yeni mahnılarını sevənlərinə təqdim ediblər.
Sonuncu dəfə 2017-ci ildə duet oxuyan cütlük "Tut Əlimdən" mahnısı ilə səs salmışdılar. Onların bu ifalara ölkə xaricində də yetəri qədər papulyarlıq qazanmış, türkdilli ölkələrdə pərəstişkar toplamışdılar.
Sözləri elə Vüsal Həbibliyə məxsus olan "Ayrılığı İstəmə Məndən" mahnısı hər iki müğənninin istəyi ilə duet formasında ərsəyə gəlib və ilk dəfə olaraq sentyabr ayının üçündə musiqi sevərlərə təqdim olunub.
Biz də bu gözəl mahnını ərsəyə gətirdikləri üçün mahnının söz yazarı və duet ortağı olan tanınmış müğənni Vüsal Həbibliyə və fisunkar səsə malik Birgül Ağdamlıya təşəkkür edirik.
Haqqında danışdığımız dueti dinləməyiniz üçün sizlərə təqdim edirik. Xoş dinləmələr...
Xeberekspress.az