Qazilərimiz şəhid Mahmudov Rəşadın 40 mərasimində
Gündəm / Video
22-08-2020, 16:44
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin (AVMV İB) idarə heyyəti, üzvləri və Xeberekspress.az saytının komandası Biləsuvar rayonu Aşağı Cürəli kəndində olaraq 13 iyul 2020-ci il tarixinidə Tovuz rayonu istiqamətində olan şiddətli döyüşlər zamanı Şəhid olmuş baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun qırx mərasimində iştirak ediblər.
Şəhidin vəfatının qırxıncı gününə həsr edilmiş mərasimdə iştirak edən AVMV İB-nin Zəngilan rayon şöbəsinin sədri Musayev Azad, İctimai Birliyin idarə heyyəti, üzvləri və Xəbərekspress.az saytının komandası əvvəlcə Şəhidin evində olaraq anası və digər ailə üzvləri ilə görüşüblər.
Qəhrəmancasına döyüşərək şəhid olan baş leytenant Mahmudov Rəşadın anası qonaqlarla görüşüb, ah, nalə çəkərək şəhid olmuş oğlundan danışıb, qazilərimizə dualar edib.
Qonaqlar Şəhid anasının əlindən öpərək ona təskinlik verib, hər daim onun yanında olduqlarını bildiriblər. Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədiklərini bildirən qazilər, şəhidlərimizin qanının yerdə qalmayacağını və bunun hesabının mənfur düşməndən qat-qat artıqlaması ilə alınacağını bildiriblər.
Şəhid anası ilə xatirə şəkli çəkdirən qonaqlar daha sonra Şəhid baş leytenant Mahmudov Rəşadın məzarını ziyarət ediblər. Qazilərimiz əsgər yürüşü ilə Şəhidin məzarı üzərinə əklil qoyub, Şəhidimizə Əsgər Salamı verdikdən sonra onun ruhuna dualar oxuyublar.
Ziyarət zamanı Qazilərimiz Şəhidlərimizdən danışıb, döyüşə hazır olduqlarını və günü gəldiyində hər bir qarış torpağımızın düşməndən azad ediləcəyini deyiblər.
