Polis: Biz onunla bacara bilmirik, prokurorluğa şikayət edin - Video

Gündəm / Video
14-08-2020, 12:21

Polis: Biz onunla bacara bilmirik, prokurorluğa şikayət edin - Video

 

 

 

Artıq 13 gündür ki, Bayramov Loğman ağır bədən xəsarətləri ilə 3 Nömrəli Şəhər Klinik Xəstəxanasının reanimasya şöbəsində müalicə alır. Səbəbi isə sürücü Əliyeva Esmiranın 50 DJ 379 dövlət qeydiyyat nişanlı "İnfinity" markalı avtomobili ilə gözləmədən yola çıxaraq Bayramov Loğmanın idarə etdiyi 62 BD 702 dövlət qeydiyyat nişanlı "Oka" markalı avtomobilə çırpılmasıdır.

Qəza nəticəsində "Oka" markalı avtomobilin yararsız hala düşməsi bir yana, sürücünün özü də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məcburi köçkün olan Loğman halhazırda eşitməkdə, danışmaqda çətinlik çəkir, onu görməyə gələn üç övladını bəzən tanıyır, bəzənsə tanımır. Qabırğalarında qırıqlar var, yeriyə bilmir, ağır bədən əzikləri mövcuddur. 

Hələ ekspertiza rəyi verilməsə də nümayəndələr tərəfindən zərəçəkmiş haqqında "vəziyyəti çox pisdir" ifadəsi səsləndirilib.

Bunu bacısı Məmmədova Yeganə əməkdaşlarımızla söhbət zamanı bildirsə də ancaq hələ rəsmi rəyin verilmədiyini deyib.

Kameralarımıza danışan Məmmədova Yeganə, qardaşına xəsarət yetirən Esmira adlı şəxsin cəmi bircə dəfə xəstəxanaya gəldiyini, verdiyi ziyanlardan boyun qaçırtdığını, bu haqda Esmira adlı şəxslə əlaqə saxladıqda isə onları təhqir edərək: "Gedin kimə istəyirsiz şikayət edin, nə bacarırsız edin" deyərək məsuliyyətindən boyun qaçırtdığını bildirib.

Hazırda işə Binəqədi Rayon Polis İdarəsində baxılır. İdarənin əməliyyatçısı Almazov İlkin isə loru dildə desək, Esmira adlı şəxsin öhtəsindən gələ bilmədiklərini xəstə yaxınlarına bildirərək öz vəzifəsini lazımı formada icra etməkdən boyun qaçırıb və ailəyə məsələ ilə bağlı prokurorluğa müraciyyət etmələrini tövsiyyə edib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hüquq mühafizəçisinin belə aciz formada təxsirkar şəxsdən çəkinməsinə heç bir məntiqi izah vermək mümkün deyil. Qanun qarşısında hər kəs bərabərdir. Bunu nizamlamalı olanlar isə hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələridir.

Ümid edirik elə Binəqədi Rayon Polis İdarəsi tərəfindən məsələ daha ciddi nəzarətə götürüləcək və xəsarət alan həm maaddi həm fiziki zərər görmüş şəxsin hüquqları lazımı formada mühafizə olunacaq.
 
Xeberekspress.az