Türkiyənin 473 vətəndaşı xarici ölkələrdə koronavirusdan ölüb

Gündəm / Dünya
5-05-2020, 23:15

Türkiyənin 473 vətəndaşı xarici ölkələrdə koronavirusdan ölüb

 

 "Təəssüflər olsun ki, bu günə qədər Türkiyənin xaricdə yaşayan 473 vətəndaşı koronavirusdan ölüb".

Xeberekspress.az "Aksam”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, onlardan 350-dən çoxunun cənazəsi Türkiyəyə gətirilib.

Qeyd edək ki, Türkiyədə mayın 4-də 64 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 3 461 nəfərə çatıb. Türkiyə üzrə  127 659 yoluxma hadisəsi qeydə alınıb. Koronavirusa yoluxmuş 68 166 nəfər sağalaraq evə buraxılıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,6 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 252 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib