Azərbaycanda mobil operatorların gəlirləri məlum olub
Gündəm / İqtisadiyyat
24-01-2020, 21:40
2019-cu il ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 2 milyard 197,9 milyon manatlıq xidmət göstərib.
Xeberekspress.az Trend-ə istinadən bildirir ki, göstərilən xidmətin 72,8 faizi əhali tərəfindən istehlak olunub.
2018-ci illə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 41,5 faizi və ya 912,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.