Bakıda kompleks binada güclü yanğın başlayıb

Gündəm / Hadisə
9-01-2020, 15:16
 Bakıda kompleks binada güclü yanğın başlayıb
 

Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə şəhərin Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

 

Belə ki, Şəhərcikdə olan yaşayış binaların birinin 6-cı mərtəbəsində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib. Hazırda yanğınsöndürənlər yanğının söndürülməsinə çalışır.