Türkiyədə hərbi təyyarə təcili eniş etdi - Video

Dünya
25-01-2024, 19:07
Türkiyədə hərbi təyyarə təcili eniş etdi - Video
Türkiyədə Kayseridən təlim məqsədilə havaya qalxan "C-160" təyyarəsi təcili eniş edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarə yüngülcə zədələnib, ekipaj xəsarət almayıb.

Təyyarənin texniki nasazlıq səbəbindən təcili eniş etdiyi qeyd olunub.