Mundiallar tarixində milliləri çalışdıran heç bir əcnəbi baş məşqçi dünya çempionu ola bilməyib
Sosial
Bu gün, 17:26

Mundiallar tarixində milliləri çalışdıran heç bir əcnəbi baş məşqçi çempion ola bilməyib.
Bununla bağlı 96 illik rekord hələ də dəyişməz qalır.
DÇ-2026-da iştirak edəcək 48 komandadan 26-sına xarici baş məşqçi rəhbərlik edəcək. Bu göstərici 4 il əvvəlki turnirlə müqayisədə 26 faiz çoxdur və iştirakçı komandaların 54 faizini təşkil edir.
Bəzi əcnəbi mütəxəssislər geridə qalan 22 dünya çempionatı ərzində müəyyən uğurlara nail olublar. Qus Hiddink 2002-ci ildə Cənubi Koreya yığmasını, Luis Felipe Skolari 2006-cı ildə Portuqaliyanı, Roberto Martines isə 2018-ci ildə Belçikanı yarımfinala qədər daşımağı bacarıb.
İngiltərəli Corc Reynor 1958-ci ildə İsveç komandasını finala çıxarsa da, Pelenin lideri olduğu Braziliyaya uduzub. Avstriyalı Ernst Happel isə 1978-ci ildə Niderland yığmasının baş məşqçisi kimi finala yüksəlsə də, meydan sahibi Argentinaya yenilib.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq