Sabah Rusiya Dövlət Dumasına seçkilər başlayır

Dünya
16-09-2021, 17:44

Sabah Rusiya Dövlət Dumasına seçkilər başlayır

 


Sentyabrın 17-də VIII çağırış Rusiya Dövlət Dumasına seçkilər başlayır.

 "Birlikdə seçirik” şüarı altında keçirilən parlament seçkiləri 3 gün davam edəcək. Paralel olaraq Rusiya subyektlərinin regional və yerli orqanlarına da seçkilər baş tutacaq. Gizli səsvermə yolu keçiriləcək seçkiləri Mərkəzi Seçki Komissiyası təşkil edir. Komissiyanın sədri Ella Pamfilovadır.