Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
16-10-2020, 17:57

İlham Əliyev: “Bizdə İranın Ermənistana silahlar göndərməsi barədə hər hansı bir məlumat yoxdur”

İlham Əliyev: “Bizdə İranın Ermənistana silahlar göndərməsi barədə hər hansı bir məlumat yoxdur”


"Bizdə İranın Ermənistana silahlar göndərməsi barədə hər hansı bir məlumat yoxdur”.

Bunu Prezident İlham Əliyev Türkiyənin "A Haber” televiziya kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran və Gürcüstan öz hava sahəsini və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağlayıb:

"Buna görə bir daha İran və Gürcüstan hökumətlərinə təşəkkürlərimizi bildiririk. Bizdə olan məlumata görə, Gürcüstan ərazisindən mülki şəxslərə məxsus və karqo təyyarələri vasitəsilə gizli şəkildə silah göndərilir. Ermənistan bu yaxınlarda bir təyyarə satın alıb. Onun qiyməti 30-40 milyon dollardır.

Bu təyyarəni alan Rusiyada yaşayan zəngin iş adamlarıdır. Karapetyan, Abramyan və başqaları Rusiyada yaşayan erməniləri muzdlu kimi Qarabağda bizə qarşı vuruşmaq üçün göndərirlər.

Eyni zamanda, L-76 təyyarəsini almaq Ermənistana imkan verdi ki, gizli yollarla o silahları ölkələrinə ötürsün. Çünki hər dəfə hərbi təyinatlı məhsullar göndəriləndə bu, bəyan edilir. Onların bəyanatlarında isə bu, mülki karqodur. Amma bunun içində "Kornet”, "Konkurs”, "İqla”dır.

Bununla yanaşı, bizdə olan məlumata görə, Rusiyadan gizli yollarla alınan raketlər Ermənistana göndərilir. Ona görə biz ICAO-ya (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) rəsmən müraciət etdik ki, bu məsələ araşdırılsın və dayandırılsın. Bu, beynəlxalq cinayət sayılır”.

Prezident bildirib ki, qaçaqmalçılıq yolu ilə Ermənistana silah göndərilməsi qəbuledilməzdir.
XƏBƏR LENTİ
21:33 | VPN xidmətlərdən istifadə edən şəxslərin NƏZƏRİNƏ - Təhlükə var 21:19 | Anar Eyvazov: “Bəzi sosial şəbəkə istifadəçilərinin fikirləri hərbçilərin həyatına təhlükə yarada bilər” 20:45 | Qartal yuvasına dönür: Böyük qayıdışın ayaq səsləri - TƏHLİL 20:32 | Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib - RƏSMİ 17:53 | Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 584 yeni yoluxma - FOTO 17:30 | Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib - FOTO 17:12 | Şəhid ailələrinə və hərbçilərə psixoloji yardım göstəriləcək 16:36 | ADAU rektorunun polşalı həmkarı xaqlımıza dəstəyini bildirdi 16:11 | İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım 15:42 | İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO 15:31 | İlham Əliyev Azərbaycan Ordusunun Zəngilan şəhərini və daha 24 kəndi azad etdiyini bildirdi - YENİLƏNİB 15:27 | Mustafa Şentop: “Ermənistanın mülki əhaliyə hücumunu dünya görməlidir” - FOTO 15:17 | Prezident: “Ağıllarını itiriblər, heç kim onları tanımayacaq” 15:02 | İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM 14:44 | Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? - RƏSMİ AÇIQLAMA 12:00 | ADAU-nun Ukraynadakı tərəfdaşları xalqımızla həmrəy olduqlarını bildirirlər 11:30 | Çempionlar Liqasında qrup mərhələsinə start verilir - AFİŞA 11:00 | Trampdan korona açıqlaması: Heç kimin eşitmədiyi... 10:40 | Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI 10:20 | Ermənilərin yüksək rütbəli zabitləri məhv edildi: Düşmən mövqelərini qoyub qaçır - RƏSMİ 10:00 | Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı - RƏSMİ 09:40 | MN: Melkumyan, Mirzoyan və Asetryan zərərsizləşdirildi