Qaynarxətt: (+99470) 997 11 77
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
15-02-2020, 11:48 Oxunub: 11

Azərbaycanda bu şəxslərə icbari tibbi sığorta xidməti pulsuzdur - RƏSMİ

Azərbaycanda bu şəxslərə icbari tibbi sığorta xidməti pulsuzdur - RƏSMİ

 

Hazırda Azərbaycanda icbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov Bakıda keçirilən Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci "Fərqli fərdlər” Konqresində çıxışı zamanı deyib.

Ş.Eyvazov bildirib ki, yanvarın 1-dən Azərbaycanda mərhələli şəkildə icbari tibbi sığortanın tətbiqinə başlanılıb:

 

"Artıq 23 rayon və şəhərdə ümumilikdə iki milyondan çox Azərbaycan vətəndaşına icbari tibbi sığorta xidməti göstərilir. Həmin şəxslərin 28 faizi uşaqlardır. Ölkədə 18 yaşına kimi uşaqlara göstərilən xidmət tam ödənişsizdir”.

Agentlik rəsmisi qeyd edib ki, agentliyin tərkibində yaradılan Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə üç mindən çox tibb müəssisəsinin idarə edilməsi həvalə olunub.

Onların arasında uşaq bərpa müalicə mərkəzləri, uşaq poliklinikaları, xəstəxanaları, psixonevroloji uşaq evləri və digər tibb müəssisələri var.

Ş.Eyvazovun sözlərinə əsasən, bu gün xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Fərdi özəlliyi olan uşaqlarda özünəinam hissi yaradılmalı, onların təhsilinin keyfiyyəti yüksəldilməlidir.

Onlar özünü təcrid olunmuş kimi deyil, cəmiyyətin aktiv bir üzvü kimi hiss etməlidirlər:

"Təsadüfi deyil ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılandan onun fəaliyyətinin ilk istiqamətlərindən biri uşaqların sağlamlığının təmin edilməsi olub”.


XƏBƏR LENTİ
20:48 | İlin ən uğurlu gənc vəkili " naminasiyası üzrə mülafatlandırılmışdır. 15:23 | Bu gün saat 00:20 də hər kəsin diqqəti ATV də yayimlanan "Aldanmiş hisslər" serialinda olsun. 14:16 | Azərbaycanda məktəblərdə yeni virus yayıldı 13:41 | “Azəriqaz” yeni şəffaf sayğac qutularını təqdim etdi 13:24 | Azərbaycanda bu şəxslərin maaşları artacaq 12:30 | İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb 12:11 | Hillari Klinton: “Tramp Putinin marionetidir” 11:42 | Paşinyan Münhen məğlubiyyətinin depressiyasından çıxa bilmir - GƏLİŞMƏ 11:22 | Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı 10:48 | Tutulan icra başçısını hansı cəza gözləyir? 19:22 | İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub - FOTO 19:01 | Mehman Hüseynov, İqbal Ağazadə ilə Rauf Arifoğluna rəqib oldu 18:39 | DTX icra başçısını belə ifşa etdi - Əməliyyatın şok VİDEO-su 18:23 | Türkiyəli generallar Suriya sərhədinə yollandı 17:57 | DTX icra başçısının tutulması barədə məlumat yaydı - SAXLANILAN VƏZİFƏLİLƏRİN SİYAHISI 15:40 | Fevralın 20-də Gənclər Mərkəzinin İctimai Birliyinin tərkibində yaradılan Gənc Sahibkarlar Klubumunun illik hesabat tədbiri keçirib. 15:26 | İcra başçısı necə olmalıdır? - SƏNƏD 15:04 | Azərbaycanda DƏHŞƏTLİ OLAY - Bir ailənin üzvləri öldü 14:49 | “Balaca Şahzadə” yenidən səhnədə 14:06 | “Adamı qanmaz yerinə qoymayın” - Rejissorları tənqid etdi 13:46 | "Qarabağ"da hər şey əla idi" - Beqoviç 13:31 | Sabah hava necə olacaq? - PROQNOZ