Qaynarxətt: (+99470) 997 11 77
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
15-02-2020, 11:30 Oxunub: 11

Çindən Türkiyəyə gətirilən azərbaycanlılar xəstəxanadan buraxıldılar

Çindən Türkiyəyə gətirilən azərbaycanlılar xəstəxanadan buraxıldılar
 

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları Ankarada Zekai Tahir Burak xəstəxanasından buraxılıblar.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, 6 Azərbaycan vətəndaşından biri 7 yaşlı qız olmaqla 3-ü eyni ailənin üzvləridir.

Xəstəxanadan buraxılan 6 Azərbaycan vətəndaşı Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri ilə birlikdə Ankarada yerləşən Heydər Əliyev parkına gəliblər. Onlar parkda Heydər Əliyevin heykəli qarşısına gül dəstələri qoyublar, Azərbaycan, Türkiyə və Çin dövlətlərinə öz təşəkkürlərini bildiriblər.

 

Azərbaycanın Türkiyədəki səfirliyindən APA -ya verilən xəbərə görə, onlar gün ərzində Azərbaycana yola salınacaqlar.

Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır. Ekipaj, texniki və tibbi heyət üzvləri ilə birlikdə təxliyə edilənlərin sayı 61 nəfərdir. Ekipaj, texniki və tibbi heyət üzvləri bundan əvvəl evə buraxılıblar.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bu gün bildirib ki, analizin nəticələrinə əsasən, 42 nəfərdə koronavirus aşkarlanmayıb. Nazir qeyd edib ki, onların 14 günlük karantin müddəti başa çatıb.

Azərbaycanın Səhiyyə Nazirliyi Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının yenidən karantinə götürülməsi məsələsinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən APA -nın sorğusuna verilən cavaba görə, həmin şəxslər Türkiyə 14 gün karantin müddəti keçiblər. "Buna görə də onların ölkəyə qayıtdıqdan sonra təkrar karantinə alınmasına ehtiyac yoxdur”, - deyə Nazirlikdən bildirilib.


 

XƏBƏR LENTİ
20:48 | İlin ən uğurlu gənc vəkili " naminasiyası üzrə mülafatlandırılmışdır. 15:23 | Bu gün saat 00:20 də hər kəsin diqqəti ATV də yayimlanan "Aldanmiş hisslər" serialinda olsun. 14:16 | Azərbaycanda məktəblərdə yeni virus yayıldı 13:41 | “Azəriqaz” yeni şəffaf sayğac qutularını təqdim etdi 13:24 | Azərbaycanda bu şəxslərin maaşları artacaq 12:30 | İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb 12:11 | Hillari Klinton: “Tramp Putinin marionetidir” 11:42 | Paşinyan Münhen məğlubiyyətinin depressiyasından çıxa bilmir - GƏLİŞMƏ 11:22 | Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı 10:48 | Tutulan icra başçısını hansı cəza gözləyir? 19:22 | İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub - FOTO 19:01 | Mehman Hüseynov, İqbal Ağazadə ilə Rauf Arifoğluna rəqib oldu 18:39 | DTX icra başçısını belə ifşa etdi - Əməliyyatın şok VİDEO-su 18:23 | Türkiyəli generallar Suriya sərhədinə yollandı 17:57 | DTX icra başçısının tutulması barədə məlumat yaydı - SAXLANILAN VƏZİFƏLİLƏRİN SİYAHISI 15:40 | Fevralın 20-də Gənclər Mərkəzinin İctimai Birliyinin tərkibində yaradılan Gənc Sahibkarlar Klubumunun illik hesabat tədbiri keçirib. 15:26 | İcra başçısı necə olmalıdır? - SƏNƏD 15:04 | Azərbaycanda DƏHŞƏTLİ OLAY - Bir ailənin üzvləri öldü 14:49 | “Balaca Şahzadə” yenidən səhnədə 14:06 | “Adamı qanmaz yerinə qoymayın” - Rejissorları tənqid etdi 13:46 | "Qarabağ"da hər şey əla idi" - Beqoviç 13:31 | Sabah hava necə olacaq? - PROQNOZ