“Yuva” filminin çəkilişləri son çatdı.

Video
9-03-2022, 09:00
“Yuva” filminin çəkilişləri son çatdı.
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi Dədə Qorqud yurdunun igidləri haqda " Yuva” filminin çəkilməsi adlı layihənin icra edilməsi məqsədi ilə Ağcabədi rayonun Qaraxanlı kəndində filim çəkilişləri son çatdı.

Məmmədov Ceyhun Qafar oğlu, Quliyev Nurlan Şükür oğlu, Allahverdiyev Rövşən Fərrux oğlu filmdə çəkilən Vətən müharibəsi şəhidləridirlər. Hər üç şəhidin yaxınları dostları valideyinləri və döyüş dostları şəhidlərimizlə bağlı ürək sözlərini və xatirələrini söylədilər. Həmlə taborunun əsgər və zabitləri, qazilər Allahverdiyev Rövşən haqda təəssüf hissi ilə danışaraq onun şəhid olmasını çox böyük itgi hesab etdilərini söylədilər. Hər üç şəhidimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müxtəlif medallarla təltif ediliblər. Film hazır olduqdan sonra Ağcabədi rayonunun Qaraxanlı kəndində filmin təqdimat tədbiri keçiriləcəkdir. Filmə aid disklər çoxaldılaraq şəhid ailələrinə və tədbirin iştirakçılarına paylanılacaqdır. Tədbirin keçirilməsi zamanı foto və video şəkilişlər aparılacaq.
Layihə rəhbəri Elnarə Abbasova
ATESH,AZ
“Yuva” filminin çəkilişləri son çatdı.