Deputat Mehriban Vəliyeva seçicilərlə görüşüb:
Sosial
9-12-2024, 18:15
Milli Məclisin deputatı Mehriban Vəliyeva Sumqayıtda növbəti dəfə vətəndaş qəbulu keçirib.
Vətəndaşlar əsasən işlə təminat, sağlamlıq, məhkəmə icraatı, abadlıqla bağlı müraciət etdilər.
Qaldırılan məsələlərin deputat tərəfindən nəzarətə götürüləcəyi və həll edilməsi üçün aidiyyatı qurumlara göndəriləcəyi seçicilərin diqqətinə çatdırılıb.
Qeyd edək ki, bu görüş dekabr ayı üçün ilk vətəndaş qəbul idi. Dekabr ayı üçün növbəti vətəndaş qəbulu 25 dekabr tarixində YAP Sumqayıt şəhər təşkilatında keçiriləcək.
XeberEkspress.az