“Öz peşəni özün seç” IX sinif şagirdləri üçün karyera düşərgəsinə start verildi

Sosial
28-11-2022, 13:27
“Öz peşəni özün seç” IX sinif şagirdləri üçün karyera düşərgəsinə start verildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant” müsabiqəsi çərçivəsində İsmayıllı rayonunda "Öz peşəni özün seç” IX sinif şagirdləri üçün 2 günlük karyera düşərgəsinə start verildi. Düşərgədə Kürdəmir rayonunun müxtəlif məktəblərindən sorğu yolu ilə seçilmiş 15 nəfər IX sinif şagirdi iştirak edir.
"Öz peşəni özün seç” IX sinif şagirdləri üçün karyera düşərgəsi layihəsinin rəhbəri, Kürdəmir rayonu Sığırlı kənd tam orta məktəbinin müəllimi Günel Hüseynovanın verdiyi məlumata görə layihənin əsas məqsədi IX buraxılış sinif şagirlərinin peşə seçiminə və karyera inkişafına dəstək olmaqdan ibarətdir. Bu məqsədlə düşərgədə həyata keçirilən 2 günlük qeyri-formal təlimlər zamanı layihəyə cəlb edilmiş təlimçi və ekspert tərəfindən şagirdlərə peşə seçiminə təsir edən amillər, Özünü tanıma, xarakter tipinin müəyyən olunması, özünü kəşf etməyə mane olan düşüncələr, peşə təhsilində uğurlu olmaq üçün inkişaf planının tərtib olunması, uğurlu karyera üçün lazım olan şəxslərarası bacarıqlar, resume (CV) və motivasiya (istək) məktubunun hazırlanması, müsahibəyə hazırlıq, peşə təhsil mərkəzlərinə müraciət formaları, peşə təhsilində ixtisas seçimi və sair mövzular tədris olunur.  Təlimlər müasir təlim üsulları, qrup işləri, müzakirələr, təqdimatlar, simulyasiya və rol oyunları formatında keçirilir.
Məlumat üçün bildiririk ki, düşərgənin ikinci günü İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün şagirdlərin ora səfəri təşkil ediləcək. Düşərgənin sonunda hər bir iştirakçı şagirdə layihə rəhbəri tərəfindən Sertifikat təqdim ediləcəkdir.  

Layihənin rəhbəri: Günel Hüseynova
Kürdəmir rayonu Sığırlı kənd tam orta məktəbinin müəllimi
“Öz peşəni özün seç” IX sinif şagirdləri üçün karyera düşərgəsinə start verildi
“Öz peşəni özün seç” IX sinif şagirdləri üçün karyera düşərgəsinə start verildi