Kərim Vəliyev MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Sosial
24-06-2022, 20:49
Kərim Vəliyev MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Rusiya Federasiyasında səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev iyunun 24-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 80-ci iclasında iştirak edib.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.