İsrail əsgərləri fələstinli gənci güllələdi

Siyasət / Video
23-12-2021, 12:56

İsrail əsgərləri fələstinli gənci güllələdi
İsrailin işğal etdiyi Ramallah bölgəsinin Əl-Bireh ərazisində fələstinli gənc İsrail əsgərləri tərəfindən öldürülüb.

Xeberekspress.az xəbər verir ki, kürəyindən güllə yarası alan 26 yaşlı fələstinli Məhəmməd İsa Abbas xəstəxanada edilən müdaxilələrə baxmayaraq dünyasını dəyişib. 

Bildirilib ki, hadisə İsrail əsgərlərinin Əl-Bireh bölgəsindəki Əl-Emari Qaçqınlar Düşərgəsinə basqın etməsi nəticəsində baş verib.