22 Noyabr 2020, Bazar
21 iyl 2021, 18:14 | Siyasət
Baku TV: Prezidentlərin görüşündə diqqət çəkən məqamlar - VİDEO


Baku TV: Prezidentlərin görüşündə diqqət çəkən məqamlar - VİDEO

 


Rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Moskvaya gedən Prezident İlham Əliyevin Kreml rəhbərliyi ilə görüşü olduqca pozitiv atmosferdə keçdi. Siyasi ekspertlər bu fikirdədir. Ən diqqətçəkən məqamlardan biri isə Putinin Paşinyanla olduğu kimi Prezident İlham Əliyevlə görüşündə də "Dağlıq Qarabağ problemi” ifadəsini işlətməməsi idi.

Analitik Elçin Mirzəbəylinin sözlərinə görə, diqqətçəkən məqamlardan biri şübhəsiz ki, görüşdə bir neçə dəfə postmünaqişə ifadəsinin təkrarlanmasıdır:

"Bu da şübhəsiz ki, münaqişənin bitdiyini və bundan sonra yalnız regionda sülhün, əmin-amanlığın təmin olunması istiqamətində addımların atılacağı mesajını verirdi. Başqa bir mühüm amil də Rusiya prezidenti tərəfindən hər zaman olduğu kimi "Dağlıq Qarabağ” ifadəsinin səsləndirilməməsidir. Məlum olduğu kimi, Azərbaycanın inzibati ərazi bölgüsündə belə bir subyekt yoxdur və şübhəsiz ki, bu da Rusiya prezidenti tərəfindən Azərbaycanın mövcud inzibati ərazi subyektlərinə, mövcud sərhədlərinə sayğısını, həmçinin də bundan sonrakı proseslərin məhz postmünaqişə amili üzərindən həyata keçirəcəyini təsdiqləyir”.

Politoloqların fikrincə, görüş zamanı verilən mesajlardan bəlli oldu ki, münaqişə sonrası proseslər ənənəvi qaydada aparılacaq. Yəni 10 noyabr razılaşmasına alternativ hər hansı bir yol yoxdur. Bu baxımdan Ermənistan tərəfindən atılan təxribatçı addımlar ümumi prosesin tənzimlənməsinə təsir göstərə bilməz.

Millət vəkili Hikmət Babaoğlu qeyd edir ki, hazırkı tarixi fürsəti qiymətləndirərək regionda davamlı sülhə nail olmaq mümkündür:

"Azərbaycan və Rusiya bunu etməyə hazırdır. Ermənistan isə belə görünür ki, bəzi xarici himayədarlarının təzyiqi və yaxud təsiri ilə bundan yayınmağa cəhd göstərir. Son günlərdə istər Ermənistan-Azərbaycan sərhədində, istərsə Rusiya sülhməramlılarının səlahiyyət zonasında olan ərazilərimizdə baş verən bəzi insidentlər məhz bu xarici faktorla izah oluna biləcək insidentlərdir. Buna görə də qısa müddətdə sülhün imzalanmasına ciddi ehtiyac var”.

Beynəlxalq analitiklər də prezidentlərin görüşünü diqqətlə izləyib. Misal üçün, rusiyalı hərbi ekspert İqor Korotçenkonun fikrincə, Putin İlham Əliyevlə görüşəndə bərabər strateji tərəfdaş kimi danışır. Paşinyana isə daim bir şey qoparmaq istəyən müftəxor kimi baxır. Məhz bütün fərq də, qoyulan hörmət də bundan ibarətdir.  

Prezident 4 generalı yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM 23 iyl 2021, 19:09 Azərbaycanda son sutkada koronavirusa yoluxma kəskin artdı - FOTO 23 iyl 2021, 18:59 Prezident Baş Qərargah rəisinin müavinini İŞDƏN ÇIXARDI - FOTO 23 iyl 2021, 18:25 “Şərqi Zəngəzur qərbə doğru genişlənəcək? Bakı və Moskvadan siqnallar” - VİDEO 23 iyl 2021, 17:56 Düşməndən növbəti TƏXRİBAT - Kəlbəcərdə hərbi qulluqçumuz şəhid oldu 23 iyl 2021, 17:38 Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi 23 iyl 2021, 17:11 İlham Əliyevdən yeni səfir təyinatları - Yenilənib 23 iyl 2021, 17:02 Hərbçiləri şantaj edən şəxslər barəsində cinayət işi açıldı 23 iyl 2021, 14:04 İlham Əliyev 4 qanunu TƏSDİQLƏDİ 23 iyl 2021, 13:43 Makronu qorxuya salan "cəsus proqram" AZƏRBAYCANDA 23 iyl 2021, 13:25 İlham Əliyev Çin liderinə başsağlığı verdi 23 iyl 2021, 12:41 Sabirabadda qadın gözətçini qətlə yetirən şəxs polis imiş - YENİLƏNİB 23 iyl 2021, 12:11 “La Croix”: “Ermənistanın təcrid olunmuş vəziyyətdən çıxmaq, Fransanın isə imicini bərpa etmək şansı var” 23 iyl 2021, 11:48 Avqustda məhdudiyyətlər olacaq? - AÇIQLAMA + VİDEO 23 iyl 2021, 11:18 Azərbaycan nazirlərinin Rusiya ixracatçıları ilə görüşü - CANLI YAYIM 23 iyl 2021, 10:54 Ölüm xəbəri yayılan Nəcməddin Sadıqov DANIŞDI 23 iyl 2021, 10:17 Prezidentin Xankəndi ilə bağlı çıxışının - Videosu 23 iyl 2021, 09:58 “Mən bu məsələni həll etmişəm, vəssalam!” 23 iyl 2021, 09:30 İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi 23 iyl 2021, 08:59 Bu xətalara görə cərimə ödəniləcək - Sürücülərin nəzərinə 23 iyl 2021, 08:47 “Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər” 22 iyl 2021, 21:36 Prezident Gəncədə ermənilərin raket atdığı əraziyə getdi 22 iyl 2021, 21:04 Rövnəq Abdullayev işdən azad olunan vitse-prezidentlərlə görüş keçirib 22 iyl 2021, 20:52 Əhməd İsmayılov jurnalistlərə müraciət etdi 22 iyl 2021, 20:33 Yoluxanların bu günə olan statistikası 22 iyl 2021, 20:20