"Məhkəmə Ülviyyə Alovlunu tapa bilmir" - Flora Kərimova
Mədəniyyət
18-05-2023, 16:44
"Mən - Xalq artisti Flora Kərimova Ülviyyə Alovlunun əlindən, böhtanından, söyüşlərindən yorulmuş bir insan kimi 3 il ərzində məhkəməyə ayaq döydüm. İş hakim Abbas Rzayevin əlindədir. 6 aydan çoxdur axtarışda olan Ülviyyə Alovlunun guya tapıb məhkəməyə gəlməsini təmin edə bilmirlər. Bu, dırnaqarası axtarışdır".
Bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkədə açıqlamasında deyib.
Müğənni jurnalist Ülviyyə Alovlu ilə aralarında yaşanan məhkəmə işinin gedişatından narazılığını bildirib:
"2022-ci ilin dekabrın 5-dən axtarışdasan, ay "xəbərsiz”. 83 yaşamda da hələ ki, mənim adımla sən gündəmdəsən. Mənə sənin kimi cılız adamlarla gündəm lazım olsaydı, böyüyünün arzuladığı o "polemikaya” qol qoyardım, ya da bu qərar çıxanda sənə sənin lazimi şərəfi verərdim. Heç bir mətbuat qurumu sənin adını çəkmək istəmir. Üzəduranlıq, işverənlik, həyasızlıq, vulqarlıq, yalan sənət olan yerdə qanundan başqa çıxış yolu qalmır, çünki sənin kimi söyüş vərdişim yoxdur".
Qeyd edək ki, Ülviyyə Muradova Xalq artisti Flora Kərimova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.