İpoteka kreditlərinin məbləği artıb

İqtisadiyyat
29-03-2024, 15:09
İpoteka kreditlərinin məbləği artıb
Bu ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 52,2 milyon manat kredit verilib.

Bu barədə Mərkəzi Bank məlumat yayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 31,7 % azalaraq 47,9 milyon manat olub.

2 ay ərzində İKZF istiqraz buraxmaqla 50 milyon manat vəsait cəlb edib (ötən ilin eyni dövründə vəsait cəlb etməyib), 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 21,9 milyon manat vəsait ayrılıb.