Sahibkarlar sabit qəbzi bu vasitə ilə ala biləcək
İqtisadiyyat
11-10-2023, 14:43
Sabit qəbz əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinə həmin qəbzi xidmət mərkəzlərinə getmədən ödəmə terminalları vasitəsilə alması üçün texniki imkanların yaradılması nəzərdə tutulur.
Bunu Dövlət Vergi Xidmətinin İdarə rəisi Nigar Vahabzadə bildirib.
Onun sözlərinə görə, layihənin əsas məqsədi vergi ödəyiciləri tərəfindən sabit qəbzin əldə olunmasının sadələşdirilməsi və çevik vergi inzibatçılığının formalaşdırılmasıdır.
Vergi ödəyicisi məlumatlarını ödəmə terminallarında daxil edən zaman onun baza - uçot məlumatları, həmçinin öhdəlikləri ekranda əks olunacaq. Terminal vasitəsilə ödəniş etdiyi zaman sabit qəbzi əldə etmiş olacaq.