Gədəbəydə maşın aşdı - Yaralılar var
Hadisə
14-02-2025, 19:30

Gədəbəydə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Saratovka kəndində qeydə alınıb. Belə ki hərəkətdə olan "TOFAŞ" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1974-cü il təvəllüdlü E.Qurbanov və 1992-ci il təvəllüdlü F.İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.