Toydan çıxıb özünü asdı

Hadisə
3-12-2023, 12:00
Toydan çıxıb özünü asdı
Yevlaxda kənd məktəbinin təsərrüfat sahəsində çalışan 57 yaşlı kişi qohumunun toyundan çıxaraq özünü asıb.

"Unikal"ın məlumatına görə, hadisə Balçılı kəndində baş verib.

Yaxın qohumunun toy məclisindən çıxdıqdan sonra 1966-cı il təvəllüdlü Xəlilov Mübariz Surxay oğlu müəmmalı şəkildə yaşadığı həyətdə özünü asaraq öldürüb.

Əldə olunan ilkin məlumata görə, o, borca görə intihar edib. 

Faktla bağlı araşdırma aparıllr.